Tehran - İRNA – Tehranda keçrilən snuker üzrə Asiya çempionatı 9 günlük yarışdan sonra başa çatıb. Ölkəmizin təmsilçiləri üç kateqoriya üzrə üç medal qazanıblar.

İRNA-nın məlumatına görə, 20 ölkənin idmançılarının iştirakı ilə iyunun 17-də Tehranda başlayan snuker üzrə Asiya çempionatı, üç kateqoriya olmaqla; 21 yaşa qədər, komanda və 6 şar üzrə iştirakçılar arasında 9 günlük mübarizədən sonra dünən başa çatıb.

Bu yarışlarda ölkəmizin təmsilçiləri müxtəlif kateqoriyalarda rəqibləri ilə mübarizə apararaq qızıl, gümüş və bürünc olmaqla, üç medal qazanmağa müvəffəq olublar.

İranın yeganə qızıl medalını 6 şardan ibarət bölmədə Əmir Sərxoş qazanıb. Sərxoş final görüşündə Honkonqdan olan rəqibini məğlub edərək çempion olub. O, əvvəlki turda ikinci olmuşdu.

Əmir Sərxoşun qızıl medalından öncə, İran 21 yaşadək kateqoriyada iki medal qazanmışdı. Turnirin bu mərhələsində Milad Purəli Dərəçi gümüş, Tirdad Azadipur isə bürünc medal qazanmışdı.

İranın beşinci dəfə ev sahibliyi etdiyi snuker üzrə Asiya çempionatının reytinq cədvəli belədir:

21 yaşa qədər kateqoriya: 1. Ehsan Ramazan (Pakistan). 2. Milad Purəli Dərəçi (İran). 3. Tirdad Azadipur (İran) və Rayan Rəmzi (Hindistan).

Komanda kateqoriyasında: 1. Hindistan (2). 2. Honkonq. 3. Malayziya və Əfqanıstan.

6 şar kateqoriyasında: 1. Əmir Sərxoş (İran). 2. Ça Human (Honkonq). 3. Pənkac Advani və Kamal Ola (hər ikisi Hindistandan).