2019-cu ilin iyununda Tacikistanın Xücənd şəhərində keçirilən iclasda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirləri Ərdəbili 2023-cü il üçün bu ölkələrin turizm paytaxtı seçib və təsdiq ediblər.

Bu təşkilatın 10 üzvü, təxminən yarım milyard cəmiyyəti və təxminən 8,7 milyon kvadrat kilometr ərazisi var. Təşkilatın katibliyi Tehrandadır. İƏT təşkilatının əsas məqsədi üzv ölkələrin cəmiyyətinin həyat və rifahını yaxşılaşdırmaq üçün davamlı iqtisadi və turizm inkişafıdır.

Tarixi və dini bir şəhər sayılan Ərdəbil çoxlu təbii, dini və iqtisadi turizm cazibəliklərinə malikdir. İranın üçüncü ən yüksək qalasının ətəyində yerləşməsi, Nir və Səreyn kimi turistik şəhərlərin yaxınlıqda olması, Şeyx Səfiyəddin Ərdəbili kimi görməli və ziyarət kompleksləri, Xəzər dənizinə və Hirkan meşələrinə yaxınlığı, yerüstü, hava və dəmir yolu nəqliyyatı infrastrukturu (tamamlanma mərhələsindədir) bu şəhəri turistlərin və təbiətsevərlərin əsas istiqamətlərindən birinə çevirmişdir.