İRNA-nın məlumatına görə, Ərdəbil Miyanə dəmir yolu layihəsinin tamamlanması üçün qarşıda duran məsələlərin qaldırılması və araşdırılması ilə bağlı növbəti iclas bu gün, bazar ertəsi icraçı vitse-prezident Möhsün Mənsurinin sədrliyi və Ərdəbil valisi, Ərdəbilin millət vəkili Əli Nikzad, və bəzi nazirliklərin, Proqram və Büdcə Təşkilatının və İmkansızlar Fondunun nümayəndələrinin iştirakı ilə keçirilib.
Möhsün Mənsuri Ərdəbil Miyanə dəmir yolu layihəsini ölkənin dəmir yolu sisteminin mühüm, mərkəzi və iqtisadi layihələrindən biri adlandıraraq dedi: Ölkədə bu dəmir yolu layihəsinin tikintisinə təxminən 20 il əvvəl başlanılıb və Ərdəbil əhalisinin bu milli layihəyə ciddi ehtiyacı var. Prezidentin əyalət səfərləri çərçivəsində Ərdəbilə gəlişi və bu layihəyə baxışı zamanı, əyalət əhalisinin uzun müddətdir ki, dəmir yolunun açılışını gözlədiklərini və əyalətin infrastrukturlarından biri hesab edilən bu layihənin ciddi şəkildə tamamlanmasının lazım olduğunu bildirdi. Hazırda, buranın açılışı ilə on üçüncü hökumətin verdiyi vədlərdən biri də reallaşır.
Prezident icraçı müavini əlavə etdi: Prezidentin Ərdəbil əyalətinə səfərindən sonra, bu layihənin başa çatdırılması üçün təxminən 2 trilyon tümən vəsait ayrıldı ki, bu da belə layihələr üçün az rastlanan məbləğdir. Bugünkü iclasda bu layihənin qalan materiallarının İmkansızlar Fondu və ehtiyac duyulan relslərin isə, dəmir zavodu tərəfindən təmin edilməsi qərara alındı.
Mənsuri vurğuladı: Qarşıdakı 2 ayda Plan və Büdcə Təşkilatı tərəfindən bu layihəyə 300 milyard tümən ayrılacaq və ümid edirik ki, bu layihə tərtib edilmiş proqramla bu ilin payızında prezidentin iştirakı ilə istifadəyə veriləcək və əziz xalqımız bu xidmətin şirinliyini dadacaqlar. Ərdəbil-Miyanə dəmir yolu ölkədə həyata keçirilən və Ərdəbil vilayətini ölkənin dəmir yolu şəbəkəsinə birləşdirmək məqsədi ilə son mərhələlədə olan dəmir yolu layihələrindən biridir.