Tehran – İRNA - Sionist rejim ordusu dünəndən etibarən İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsi və şəhərinə hücum edib, Fələstin xalqına qarşı törətdiyi cinayətlə yanaşı, bu şəhərin evlərini, binalarını uçurub, küçələrini dağıdıb.

İRNA-nın çərşənbə axşamı verdiyi məlumata görə, sosial şəbəkələrdə yayımlanan videolarda xüsusilə, Cenin küçələrində geniş şəkildə dağıntılar müşahidə edilir. Sionist rejim ordusu dünən və bu gün səhər saatlarında buldozer və qreyderlər vasitəsilə küçələri dağıdıb.


Fələstinin Səhiyyə Nazirliyi son statistik məlumatında sionist rejimin Cenin şəhəri və düşərgəsinə havadan və qurudan hücumları zamanı fələstinli qurbanların sayının artaraq 11 şəhid və 100 yaralıya çatdığını, Onlardan 20-nin vəziyyətinin ağır olduğu bildirilir.


Sionist rejimin bazar ertəsi Ceninə vəhşicəsinə hücumu İslami və Ərəb ölkələri və qurumları tərəfindən sərt reaksiyası ilə üzləşib. Bu ölkələr aparteid rejiminin cinayətlərini beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndirirlər və beynəlxalq ictimaiyyətin bununla məşğul olmasının vacibliyini vurğulayıblar.