Ərdəbil – İRNA - Ərdəbildə yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında ağır atletika üzrə milli çempionat yarışları başlayıb.

İran İslam Respublikası Ağır Atletika Federasiyasının rəhbəri Səccad Ənuşirəvani bu yarış çərçivəsində İRNA müxbirinə açıqlamasında deyib: “Üç yaş kateqoriyası: yeniyetmələr, gənclər və böyüklər üzrə kişilər arasında ağır atletika üzrə ölkə çempionatı 10 iyuldan 14 uyuladək beş gün ərzində “Hərəm Şəhidləri” ağır atletika zalında keçiriləcək.”


Ənuşirəvani ağır atletika üzrə ölkə birinciliyi yarışının narkotik maddələrlə mübarizədə 3853 şəhidin xatirəsinin anılması münasibətilə keçiriləcəyini vurğulayaraq bildirib ki, bu yarışda ölkənin 30 vilayətindən ümumilikdə 450 ağırlıqqaldıran iştirak edir.


Ağır Atletika Federasiyasının rəhbəri deyib: “Qadınlar üzrə ağır atletika yarışları bazar günü, 16 iyuldan 20 iyuladək beş gün müddətində keçiriləcək.”


Qadınlar arasında ölkə çempionatının ağır atletika yarışları da yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında keçiriləcəyini bildirən Ənuşirəvani deyib ki, bu yarışlarda ölkənin 29 vilayətindən qadın ağırlıqqaldıranlar iştirak edəcək.


Onun sözlərinə görə, bu yarışda yüksək yer tutanlar, ağır atletika üzrə ölkəmizin milli komandasının üzvləri olacaq.


İRNA-nın məlumatına görə, Ərdəbil vilayəti fərdi idman növləri, o cümlədən ağır atletika üzrə yüksək istedad və imkanlara malikdir.


Ötən illərdə bu vilayətin tanınmış simaları, o cümlədən Hüseyn Rzazadə, Səccad Ənuşirəvani və Səid Əli Hüseyni ölkəmiz üçün beynəlxalq sahələrdən rəngarəng medallar qazana biliblər.


Eyni zamanda, əyalətdə gənclər sıralarında yaxşı istedadlar vardır ki, ağır atletika sahəsində Ərdəbil əyalətinin adını bir daha dillər əzbəri edəcək.