Tehran - İRNA - İranın Rusiyadakı səfiri Həştərxanda Salyanka limanının hüquqi məsələsinin həll olunduğunu və bu limanın təchizi və inkişafının başa çatdığını açıqlayaraq deyib: “Bu limanın avadanlıqlarla təchiz edilməsi tamamlanıb və bütün gücü ilə Rusiyadakı iranlı iş adamlarına xidmət göstərir.”

İRNA-nın İran İslam Respublikasının Gəmiçilik Qrupuna istinadla verdiyi məlumatına görə, Kazim Cəlali İran İslam Respublikası Gəmiçiliyi tərəfindən Salyanka limanının alınması ilə bağlı hüquqi məsələnin həllinə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.

Səfir əlavə edib: “Gəmiçilik Qrupunun ciddi işi ilə biz Salyanka limanında öhdəliyimizi yerinə yetirə bildik.”

K. Cəlali vurğulayıb: “Bu gün də təqdim olunan hesabatlar göstərir ki, xoşbəxtlikdən İran və Rusiya arasında ticarət əlaqələrinin inkişafı üçün bu liman tərəfindən təsirli addımlar atılıb və yaxın vaxtlarda Həştərxan Dumasının dəstəyi ilə inkişaf planına start veriləcək.”