Tehran – İRNA - İran İslam Respublikası xarici işlər nazirinin BƏƏ-yə səfəri zamanı bu ölkənin rəsmiləri ilə məsləhətləşmələr aparılıb və BƏƏ Prezidentinin razılığı əsasında bu ölkədə məhbus olan 15 İran vətəndaşı əfv edilib və onlar tezliklə ölkəyə qayıdacaqlar.

İRNA-nın xarici siyasət üzrə müxbiri və İran İslam Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan-ın BƏƏ-yə son səfəri 22 iyunda baş tutub. Nazir bu səfərdə BƏƏnin yüksək vəzifəli şəxsləri ilə görüşüb, ikitərəfli məsələlərlə bağlı müzakirələr aparıb.

Bu görüşlərdə həbsdə olan İran vətəndaşlarının məsələsi gündəmə gətirilib və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Ali-Nəhyanın təsdiqi ilə bu şəxslərdən 15 nəfəri əfv edilib. İnzibati prosedurlardan keçdikdən sonra onlar tezliklə ölkəyə qayıdacaqlar.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xaricdəki iranlılara konsulluq və məhkəmə dəstəyi və onların, o cümlədən məhbusların vəziyyətinin həlli Xarici İşlər Nazirliyi tərəfindən ciddi şəkildə davam etdiriləcək.

22 iyunda BƏƏ-yə son səfəri zamanı Əmir Abdullahiyanın əmirlik həmkarı ilə görüşündə BƏƏ-də yaşayan iranlıların böyük icması, onların bəzi konsulluq, xidmət və təhsil məsələləri və problemləri ölkəmizin xarici işlər naziri tərəfindən qaldırılıb, təfərrüatlar və onların həlli yolları birgə müzakirə olunub.