Tehran – İRNA – Həzrət Ayətullah Xamenei mesajında ​​mücahid alim Höccətül-İslam vəl-müslimin Şeyx Əfif Nablusinin vəfatı ilə əlaqədar Livan Hizbullahının baş katibi cənab Seyid Həsən Nəsrullaha başsağlığı verib.

İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:" Bağışlayan və Mehriban Allahın adı ilə

Allahın salam və rəhməti üzərinə olsun əziz qardaş, cənab Höccətül-İslam və vəl-müslimin Seyid Həsən Nəsrullah (Allah izzətini davamlı etsin). Höccətül-İslam və vəl-müslimin Şeyx Əfif Nablusinin vəfatı ilə əlaqədar onun əziz ailəsinə, Livan və Fələstindəki bütün mücahidlərə başsağlığı verir, Allahdan ona rəhmət və bağışlanma diləyirəm. Allahdan sizə cansağlığı, müvəffəqiyyət və izzətinizi artırmasını istəyirəm."

Livanın tanınmış alimlərindən və sionist rejim olan İsrailə qarşı islami müqavimətin görkəmli tərəfdarlarından olan Şeyx Əfif ən Nablusi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.