İRNA-nın məlumatına görə, Qulamrza Cəlali çərşənbə günü Məşhəddə keçirilən “Strateji və Texniki Perspektivdən Kiber Müdafiə və İmmunlaşdırma Tədbirləri Konfransı” çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib: “Sözügedən dövrdə yeni texnologiyaların onları bir-biri ilə birləşdirə bilməsi sayəsində ölkəmizə qarşı kibermüharibə mərkəzli hibrid müharibənin şahidi olduq. Bu birləşmiş müharibə media, sosial şəbəkələr və ölkənin müxtəlif infrastrukturlarına hücumlar sahəsində baş verdi. Ümumilikdə keçən il müxtəlif təhdidlərlə qarşılaşdıq, hansı ki, onların 15�i süni intellektə əsaslanırdı.”
Q. Cəlali vurğulayıb ki, sözügedən hücumların 80�i aşkar edilmiş zərərlərlə bağlı olub, yəni müəyyən edilmiş, tanınmış və onlarla mübarizənin həlli də məlum olan zərərlərdir.
O, əlavə edib: “Keçən il kiber insidentlər və hücumlarla bağlı təhlilimiz göstərdi ki, bu hücumlar insanlara xidmət sektorunda ümumi, cari və məlum zəifliklər, gizli zəiflik boşluqları və ölkənin texnologiya sektorlarında implantasiya edilə bilən aparat və proqram vasitələri sahələrində olmuşdur.”
Məlum ərazilərə hücumlara toxunan Cəlali deyib: “Fövqəladə təhlükəsizlik adlı proqram hazırlamışıq. Kiberhücumlara məruz qalmış Xorasane-Rəzəvi əyalətini Şərqi Azərbaycan vilayəti ilə birlikdə bu layihənin həyata keçirilməsi üçün nümunə seçmişik və bu iki əyalətdə layihənin həyata keçirilməsi üçün ilkin hazırlıq işləri görmüşük.”
Mülki Müdafiə Təşkilatının sədri fövqəladə təhlükəsizliyi bu təşkilatın prioriteti adlandıraraq deyib ki, təhlükəsizlik proqramının həyata keçirilməsi sadə, asan və qarşısı alına bilən zərər və hücumların qarşısını almaq üçündür.
Onun sözlərinə görə, süni intellektə əsaslanan kiberməkanda inkişaflar var, digər tərəfdən, bizə qarşı təhdidlərin bəzilərində süni intellektdən istifadə olunub.
Cəlali açıqlamasının davamında deyib: “Biz 2023-cü ildə bütün fəaliyyətlərimizi süni intellektdən istifadə edərək təhdidlərin və təhlükəsizliyin qorunması, aşkarlanması, müəyyən edilməsi və digər tədbirlər şəklində izləyirik. Biz süni intellektdən istifadə etmək üçün bütün mövcud sistemləri yeniləməyi planlaşdırırıq. İlk addımda ilin sonuna qədər süni intellektə əsaslanan identifikasiya, təhlükəsizlik və təhlükəsizliyin qiymətləndirilməsi sahəsində bütün tədbirləri həyata keçirəcəyik.”