İRNA-nın şənbə günü verdiyi məlumata görə, Fələstinin “Səma” Xəbər Agentliyi Netanyahunun 6 aylıq rəhbərliyi ilə bağlı hesabatında yazıb: Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin nazirlər kabineti mürəkkəb məsələlərlə mübarizə aparır. Bunlar İsrail mənbələrinin bildirdiyinə görə, məhkəmə dəyişikliklərində israrlılıq səbəbindən strateji fəlakətə və diplomatik uğursuzluğa, daxili parçalanmaya, Vaşinqton və Amerika yəhudiləri ilə kritik münasibətlərə çevrilən məsələlərdir.
İsrail rejiminin vəziyyətini müşahidə edən bir çox müşahidəçilər hazırkı kabinetin fəaliyyətinin birinci yarısında davranış, kadr tərkibi və hüquqi çevrilişə rəhbərlik etmək cəhdləri baxımından gündəmdə olan modeli anlamaqda çətinlik çəkirlər.
Hazırkı nazirlər kabinetinin fəaliyyətindən keçən altı ay ərzində İsrail rejimi geniş spektrli strateji çağırışlarda təhdidlərin artdığının şahidi olub. Halbuki, onun zərərli nəticələri məsələdən-məsələyə artır və bu rejimin dayanıqlığını azaldan mənfi tendensiyaları gücləndirir. Nazirlər kabinetinin fəaliyyəti göstərir ki, o, situasiyaya nəzarətlə bağlı məsələlərin öhdəsindən gələ bilməyib, həm də onun təsiri altında olmayan məsələlərlə üzləşə bilməyib.
Xarici işlər nazirliyinin keçmiş baş direktoru və “Yəhudi Siyasəti” adlı sionist institutunun tədqiqatçısı Avi Gil deyir ki, Netanyahunun kabineti konsensus olmadan və İsrail rejimi daxilində dərin çatlar yaratmaq və sionistlərin çox mühüm daxili həmrəyliyini məhv etmək bahasına “qanuni çevriliş” həyata keçirməkdə israrlıdır.
O, sionist “#Yedioth_Aharonot” qəzetindəki məqaləsində əlavə edib: “Böhrana İsraili xaricdən təhdid edən artan təhlükəni nəzərə alaraq, məhkəmə sistemində dəyişiklik cəhdi səbəb olur. Ehtiyatda olan hərbçilərin əsas vəzifələrdə xidmət etmək istəməməsi artdıqca, bu, ordunun gücünə və çəkindiriciliyinə xələl gətirib.
Netanyahunun nəzərdə tutduğu qanuni çevrilişin müddəaları ABŞ baxımından iki tərəf arasındakı ortaq dəyərlərdən və bir-birləri ilə olan xüsusi münasibətlərdən imtina kimi qiymətləndirilir. O cümlədən, İsrailin İordan çayının qərb sahilindəki davranışı mənəvi tənəzzül kimi şərh olunur. Təbii ki, bu mövzu onun nəzərdə tutduğu çevrilişin yanlış məntiqinə çox uyğun gəlir.”
Bu hesabata əsasən, ABŞ prezidenti Co Bayden “məhkəmə dəyişiklikləri”ni və İordan çayının qərb sahilindəki vəziyyəti məskunlaşmaların genişləndirilməsi, qeyri-qanuni nəzarət-buraxılış məntəqələrinin yaradılması və qanunsuz qəsəbələrdə məskunlaşanların zorakılığının aradan qaldırılmaması baxımından kəskin tənqid edir. Bu isə Təl-Əvivə rəğbətin itirilməsinə və iki tərəf arasındakı strateji məsələlərin zədələnməsinə gətirib çıxarır. Bunların arasında İranın nüvə mövqeyində artan geriləməsi və Netanyahunu Vaşinqtona səfərə dəvət etməkdə davam edən təhqiramiz təxirə salınmalar var.
Sionist tədqiqatçı sionist rejim üçün strateji kimlik təhlükəsinin mövcudluğuna işarə edərək deyib: “Eyni zamanda, bölgədə fələstinlilərin hücumları artır, HƏMASın təsiri artır. Həmçinin Fələstin Muxtariyyətinin zorakılıqla və tamamilə dağılması, orada aydın siyasi üfüqün olmaması səbəbindən uzunmüddətli daxili böhranın yaranması riski ciddidir.”
Tədqiqatçı İranın tam sülhməramlı nüvə biliyinə yiyələnməsinə və dünyanın nüvə klubuna üzv olmasına baxmayaraq yazır: “Bütün bu hadisələrin fonunda İsrailin Rusiya və Çinlə münasibətlərinin korlanması və İranın nüvələşmə ərəfəsində olan ölkə kimi formalaşması Təl-Əvivin indiyə qədər İrana qarşı tətbiq etdiyi strategiyaların uğursuzluğunu göstərir. Onların arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın Netanyahunun təhriki ilə nüvə sazişindən çıxması (və heç bir nəticə verməməsi) da var.”
Hesabatda vurğulanır ki, bugün Təl-Əvivin istəklərinə baxmayaraq, həm ABŞ İranla nüvə mübahisəsini hərbi üsullarla həll etməyə çalışmır və mübahisəni cilovlamaqla kifayətlənir, həm də İran İsrailə qarşı regional infrastrukturu məhv etmədən ərəb ölkələri ilə münasibətlərini yeniləməyi bacarıb.
Sionist tədqiqatçı daha sonra yazır: “Suriya hökumətinin Ərəb Liqasına qayıdışını qəbul etmək də ABŞ və “İsrail” üçün strateji məğlubiyyət, İran, Rusiya və Hizbullah kimi Bəşər Əsədin qalmasına kömək edənlərin qələbəsini simvolizə edir. Digər tərəfdən, Amerikanın Yaxın Şərq ölkələrinə müdaxiləsinin azaldılması nəinki İsrailin təhlükəsizlik maraqlarına xidmət etmir, həm də onun çəkindirmə gücünü zəiflədir. Bu məsələlərə əlavə olaraq, Amerikanın Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanı irəli sürmək səylərinin yetişmədiyini qeyd etmək lazımdır.”
“Səma” Xəbər Agentliyinin məlumatına görə, son bir neçə ayda baş verənlər bunu göstərir ki, Netanyahunun başçılıq etdiyi İsrail rejiminin kabineti bütün sahələrdə aşkar zərbələr və xəsarətlər alması səbəbindən strateji çöküş mərhələsinə qədəm qoyub. Bu zədələr zamanla daha da pisləşir, artıq Təl-Əviv və Vaşinqton arasında fikir ayrılıqları davam edir, daxili böhran artıb və müxtəlif xarici təhdidlər yaranıb, o cümlədən İran İsraili təhdid edir.