Tehran - İRNA - Misir Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “İran İslam Respublikası böyük bir regional ölkədir və bu ölkə ilə qarşılıqlı əlaqə heç vaxt dayanmayıb.”

İRNA-nın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Misir XİNnin mətbuat katibi Əhməd Əbu Zeyd Misir və #İran münasibətlərindəki inkişafla bağlı deyib: “İranla qarşılıqlı əlaqə mövcuddur, heç bir mərhələdə kəsilməyib və bir çox məsələlərdə dəyişiklik vardır.”

“CBC” televiziya kanalına müsahibə verən mətbuat katibi əlavə edib: “İran böyük regional ölkədir və regionda maraqları vardır. Misir bu qarşılıqlı fəaliyyətin müsbət olmasını, ölkələrin suverenliyinə və xalqın iradəsinə hörmət edilməsini, sabitliyin möhkəmləndirilməsini istəyir. Əgər regiona münasibət belə olarsa, təsəvvür edirəm ki, bu əlaqələr aydın və açıq şəkildə inkişaf edəcək və genişlənəcək.”

Əbu Zeyd deyib: “Misirin Tehranda maraqları qoruyan ofisi vardır və İranın da Misirdə belə bir ofisi vardır.”

Bu xəbərə əsasən, Əbu Zeyd açıq şəkildə qarşılıqlı əlaqələrin vacibliyindən danışıb.

Tags