Tehran - İRNA - Xəbər mənbələri bildiriblər ki, Təl Əviv şənbə axşamı son 6 ayda ən misli görünməmiş nümayişlərin şahid olub. Bu şəhərin mərkəzində yerləşən Kabalan prospektinə toplaşan 550 min nəfər sionist rejimin baş naziri Benyamin Netanyahunun kabinetinə qarşı şüarlar səsləndiriblər.

İRNA-nın “Arab 48” saytına istinadla verdiyi xəbərə görə, yüz minlərlə insan şənbə axşamı işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində, o cümlədən Qüds, Təl-Əviv və Hayfada İsrailin baş naziri Netanyahunun kabinetinin məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə qarşı nümayiş keçirib.

İşğal olunmuş Qüdsdə azı 85 min insan knesset (sionist rejim parlamenti) qarşısında məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə etiraz aksiyası keçirib.

Məlumatlara görə, etirazçılar yaxın günlərdə knesset qarşısında davamlı iştirak etmək üçün knessetin qarşısında aksiya çadırları qurublar.

Bu xəbərə görə, Təl-Əvivdə və şəhərin mərkəzindəki Kabalan küçəsində toplaşan 100 min nəfər Netanyahunun kabinetinə qarşı şüarlar səsləndirib.

Həmçinin sionist rejimin 13-cü kanalı Tel-Əvivin Kabalan prospektinin son 6 ayda ən misli görünməmiş nümayişlərə şahidlik etdiyini açıqlayıb.

Bununla əlaqədar nümayişin təşkilatçıları işğal altındakı Fələstində məhkəmə dəyişikliklərinə qarşı elan ediblər ki, bu gecəki nümayişdə 550 minə yaxın insan iştirak edib.

Bu barədə “Əl Məyadin” telekanalı sionist KİV-lərə istinadən məlumat yayıb: “Netanyahu qapalı danışıqlarda hədələyib ki, ya bazar gününə qədər mənimlə məsələləri həll edəcəksiniz, ya da qanunun irəliləyiş prosesi davam edəcək.”

Sionist rejimin hakim kabineti iyulun sonunda knessetin yay tətilindən əvvəl məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsini təsdiq etməyi planlaşdırır.

Sionist rejimin hakim kabinetinin bu rejimin məhkəmə sisteminə nəzarəti ələ almaq cəhdi və müxalifət koalisiyasının knessetdəki müqaviməti bu rejimdə siyasi parçalanmanı daha da gücləndirib.

Sionist rejimdəki müxalif qrupların rəhbərləri hesab edirlər ki, Netanyahunun məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinin məqsədi bu rejimin məhkəmə sistemini zəiflətmək və onun üç korrupsiya və rüşvət işi üzrə mühakiməsinin qarşısını almaq cəhdidir. Onlar hesab edirlər ki, kabinetin bu hərəkətləri sionist rejimi münaqişə və vətəndaş müharibəsinə və tədricən süquta sürükləyəcək.