Publish Date: 23 iyul 2023 - 20:51

Urmiya - İRNA - Boz Sinə dağı Urmiyadan təxminən 60 km aralıda, İran, Türkiyə və İraqın sərhəd məntəqəsinin yaxınlığında yerləşir. Bu saf və gözəl dağın zirvəsi dünyanın təmiz oksigenli 19 bölgəsindən biridir və ilin bütün aylarında qarla örtülü olur. Güclü yağışlar səbəbindən bu əraziyə yalnız ilin isti aylarında çıxmaq olar.