İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti ilə birlikdə İrana səfər edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün (bazar ertəsi) ölkəmizin Xarici İşlər Nazirliyində Hüseyn Əmir Abdullahiyan tərəfindən qarşılanıb.
Qarşılanma mərasimindən sonra tərəflər ikitərəfli danışıqlara başlayıblar.
Qeyd edək ki, görüşdə tərəflər ikitərəfli münasibətlər, əməkdaşlığın inkişafı və ən mühüm regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat konfransı kecirərək görüşün nəticələrini açıqlayacaqlar.