Tehran - İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin bütün ölkə üzərində çox yüksək səviyyədə təhlükəsizlik yaratdığını bildirib və deyib: Bu səviyyədə hazırlıq olduğu zaman, heç bir düşmən İran İslam Respublikasının hava məkanına daxil ola və təcavüz edə bilməz.

İRNA-nın müdafiə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin İsfahanın Anarək bölgəsində keçirilən “Vilayət Saması Fədailəri Hava Hakimiyyəti” 11-ci təlimi çərçivəsində General-mayor Məhəmməd Baqiri təlimlərin qarşıya qoyulan məqsədlərə nail olduğunu bildirərək deyib: Bu təlimdə müxtəlif növ dron əməliyyatları, pilotlu döyüş təyyarələri, eləcə də nəqliyyat, dəstək, yanacaqdoldurma və təcili yardım təyyarələri qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirə bilib və bu təyyarələr tərəfindən müxtəlif taktikalar məşq edilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi ötən gün Hərbi Hava Qüvvələrinin “Vilayət Saması Fədailəri Hava Hakimiyyəti” təlimində həyata keçirilmiş mərhələlərə toxunaraq deyib: "Ötən gün və gecə Hərbi Hava Qüvvələrində olan silahdaşlarımız müəyyən təlimlər həyata keçiriblər. Bundan əlavə, bu təlim Fars körfəzi, Hörmüz boğazı, ölkəmizin şimal-şərq, şimal-qərb və müxtəlif bölgələrində uğurla həyata keçirilib. Bu təlimin uğurla başa çatdığını göstərən hesabat bu səhər təqdim edildi."

General-mayor Baqiri qeyd etdi: Biz Allaha şükür edirik ki, Hərbi Hava Qüvvələri yerli imkanlara, keyfiyyətli təlimlərə və mükəmməl bacarıqlarına güvənərək, qeyrəti və cihad hərəkətləri ilə ölkənin şimalından Hörmüz boğazına və üç ada Böyük Tunb, Kiçik Tunb, Əbu-Musa qədər hava sahəsinin təhlükəsizliyini çox münasib və məqbul formada təmin edib. Bu səviyyədə hazırlıqla heç bir düşmənin İran İslam Respublikasının hava məkanına daxil ola və təcavüz edə bilmə imkanı yoxdur.

O, bu təlimin təşkilatçılarına məmnunluğunu bildirərək dedi: Hərbi Hava Qüvvələrinin komandanı və bu cür dəyərli əməliyyatları böyük qayğı ilə həyata keçirən bütün rütbələrdə olan hər bir silahdaşımın səylərinə təşəkkür etmək istəyirəm.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin güclü tərəflərini vurğulayaraq deyib: Hərbi Hava Qüvvələri müdafiə sənayesi təşkilatları və biliyə əsaslanan şirkətlərlə qarşılıqlı əlaqədə gənclərin və alimlərin öhdəliyinə və səriştəsinə arxalanaraq, mühüm və strateji texnikaların yenidən hazırlanması, optimallaşdırılması və modernləşdirilməsi baxımından özünü təmin edə bilib. Hərbi Hava Qüvvələrinin bugünkü qabiliyyətini ötən illərlə, onilliklərlə müqayisə etmək olmaz.

General-mayor Baqiri ümidvar olduğunu bildirərək dedi: İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin qüdrəti, hazırlığı və sayıqlığı daim təkmilləşdiriləcək və qarşıda daha ümidverici günlər olacaq.

İRNA-nın məlumatına görə, “Vilayət Saması Fədailəri Hava Hakimiyyəti” 11-ci hərbi təliminin əsas mərhələsi və əməliyyat hissəsi bazar günü axşam – iyulun 23-də ordunun Hərbi Hava Qüvvələrinin komandiri, briqada generalı Həmid Vahidinin "Ya Hüseyn (ə)" kodunun elan edilməsi ilə İsfahanın Anarək regionunun ümumi ərazisində, mərkəzi Şəhid Babayi aviabazasında yerləşən bu qüvvələrin bazalarının iştirakı ilə başlayıb.

Tags