Təbrizin bütün məhəllələrində Şaxsey deyənlər dəstələri vardır. Əzadarlar “Şaxsey ağacı” götürərək, əllərində uzun taxta tutur və Şaxsey (Şah Hüseyn ), Vaxsey (Vay_Hüseyn) deyə-deyə təyin olunmuş yollarda gedirlər. Onlar əllərini bir-birinin çiyniyə qoyur, təbil və zərb alətlərinin və məddahların oxuduğu mərsiyyələrin ritmi ilə hərəkət edirlər. Otuz il bundan əvvələ kimi Şaxsey dəstələrində nazik və uzun simvolik qılınclardan istifadə olunurdu. Yarana biləcək təhlükənin qarşısını almaq üçün qılınc ağacla əvəz edildi.
Publish Date: 28 iyul 2023 - 14:56
Təbriz – İRNA - Təbriz şəhərinin “Şaxsey deyənlər” əzadarlığı Azərbaycanda Məhərrəmlik əzadarlığının ənənəvi mərasimlərindən biri hesab olunur. Məhərrəm ayının başlanmasına bir neçə gün qalmış matəm bayraqları qaldırılır, dəstələrin yerləşdiyi və əzadarlıq keçiriləcək məkanlar qaraya bürünür, məhəllələrdə Şaxsey əzadarlığı başlayır. Bu mərasimlər Məhərrəm ayının əvvəlindən başlayır və Aşura günü günortaya kimi davam edir.