Kərbəla - İRNA - İmam Hüseyn (ə) aşiqlərinin görüş yeri olan Kərbəla milyonlarla zəvvar və hüseynçi əzadarı qəbul etməyə hazırlaşıb.

İRNA-nın məlumatına görə, İraq daxilində və xaricdən minlərlə zəvvar son bir neçə gündə Tasua və Aşura mərasimlərində iştirak etmək üçün Kərbəlaya gəlib. İraqda şənbə gününə təsadüf edən Aşura mərasiminin vaxtı yaxınlaşdıqca özünü Kərbəlaya çatdıran zəvvarların və əzadarların sayı artır.

İmam Hüseyn (ə) Hərəminin təhlükəsizlik bölməsinin müdiri Rəsul Abbas Fədalə Məhərrəm ayının əvvəlindən müqəddəs hərəmin zəvvarları üçün tədbirlər və təhlükəsizlik planlarının başladığını vurğulayaraq deyib: “Aşura yaxınlaşdıqca bu planlar daha da güclənib.”

 O, Aşura mərasiminin təhlükəsizliyini təmin etmək məqsədilə hərəmlərin həyətlərinə və yaxınlıqdakı küçələrə girişlərə nəzarət etmək üçün 5 minlik təlim keçmiş qüvvənin cəlb olunduğunu bildirib.

İmam Hüseyn (ə) Hərəminin təhlükəsizlik bölməsinin rəisi əlavə edib ki, bununla bağlı müqəddəs hərəmin rəhbərliyi zəvvarların təhlükəsizliyi ilə bağlı məsələləri araşdırmaqla yanaışı bir neçə görüş keçirib, təhlükəsizlik orqanları və Kərbəla polisi ilə lazımi tənzimləmələr aparıb. Qüvvələrimiz hərəmlərin həyətlərinin və eyvanlarının bütün giriş-çıxışlarında yerləşdirilib.

Aşuranın yaxınlaşması ilə Kərbəlanın müxtəlif yerlərində əzadarlıq mərasimlərinin keçirilməsi artıb. Bu mərasimlərdə diqqət çəkən məqamlardan biri də budur ki, son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimə qarşı edilən təhqirləri nəzərə alaraq, mərasimlərdə iştirak edənlərin əksəriyyəti əllərində Quran götürməklə müsəlmanların müqəddəs kitablarına edilən təhqirləri pisləyirlər.

İmam Hüseynin (ə) Aşura mərasimində iştirak etmək üçün Kərbəlaya gələn çoxlu sayda həmyerlimiz iraqlı zəvvarlarla və digər millətlərlə birlikdə əzadarlıq dəstələrinə qoşularaq matəm saxlayıblar.

Qeyd edək ki, bu gün İraqda Tasua günüdür.