İRNA-nın məlumatına görə, Nasir Kənani cümə axşamı Suriya hökuməti və xalqına və həlak olanların ailələrinə başsağlığı verərək deyib: “Suriyanın günahsız xalqının ABŞ və bəzi qərb ölkələrinin amansız sanksiyalarından əziyyət çəkdiyi bir vaxtda, beynəlxalq ictimaiyyətin ağrılı sükutu səbəbindən sionist rejim və ABŞ tərəfindən dəstəklənən terrorçu qruplar da bu cür ağır cinayətlər törədirlər.”
Kənani əlavə edib ki, Suriya hökuməti və xalqının terrora qarşı uzun illər apardığı mübarizəni nəzərə alaraq, beynəlxalq ictimaiyyət və təşkilatlar Suriyaya qarşı hər hansı təcavüzü, o cümlədən sionist rejimin təcavüzkar hücumlarını və bu ölkədəki son terror partlayışlarını pisləməklə yanaşı, Amerika və qərbin Suriyaya qarşı birtərəfli və təzyiqçi sanksiyalarını dərhal aradan qaldırmaq və bu ölkəyə humanitar yardım göndərmək üçün təcili və təsirli addımlar atmalıdır.
Cümə axşamı axşam saatlarında Dəməşqin Zeynəbiyyə bölgəsində terror aktı baş verib və partlayış nəticəsində 6 nəfər şəhid olub, 23 nəfər yaralanıb.