İRNA-nın çərşənbə axşamı “Əl Məyadin” televiziya kanalına istinadən verdiyi məlumata görə, Tunis parlamenti hüquq və azadlıqlar üzrə komissiyanın sionist rejimlə əlaqələrin normallaşdırılmasının cinayət sayılmasına dair qanun layihəsini nəzərdən keçirdiyini bildirib.

Eyni zamanda, komissiya bu qanunun Tunis xalqı üçün əhəmiyyəti və Fələstin məsələsinin ədalətli şəkildə həll olunmasına dair qeyd-şərtsiz dəstəyi ilə bağlı ilkin oxunuşunu təqdim edib.

Bu xəbərə görə, Tunisin Ticarət və İxracın İnkişafı Nazirliyi 2022-ci ilin avqustunda bu ölkənin sionist rejimlə ticarət mübadilələri ilə bağlı bəzi iddialara reaksiya verərək, Ərəb Liqasının qərarları əsasında sionist rejimə qarşı sanksiyaların tətbiqinə sadiq qaldığını vurğulamışdı.

Tunis XİN də sionist rejimlə münasibətləri normallaşdırmaq niyyətində olmadığını daim vurğulayır.

Bundan əvvəl Tunis Vəkillərinin Milli Assosiasiyası bəyanat yayaraq bu ölkədə sionist rejimlə münasibətlərin normallaşmasının cinayət hesab edilməsini tələb etmişdi.

Tunis Vəkillərinin Milli Assosiasiyası bu ölkənin rəsmilərindən normallaşmanı qanuni və açıq şəkildə cinayət hesab etməyi istəyib, sionist rejimin Fələstin xalqına qarşı hər gün baş verən hücumlarını pisləyib.

Vəkillər Assosiasiyası bu təşkilatın sionist düşmənlə münasibətlərin normallaşdırılmasının bütün formalarına dair prinsipial mövqeyini xatırladaraq, bu ölkənin hakimiyyət orqanlarından İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasını qanuni və açıq şəkildə cinayət hesab etməyi istəyib.

Bu hüquqi və qeyri-hökumət təşkilatı Fələstin xalqına qarşı gündəlik hücumların davam etməsini böyük narahatlıqla izlədiyini vurğulayıb.