Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi verdiyi açıqlamada regionun problemlərinin əsas səbəbinin Amerikanın aşkar müdaxiləsi adlandırıb.

İRNA-nın cümə axşamı “Əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah livanlı mücahid alim Şeyx Əfif əl-Nabulsinin anım mərasimində deyib: “1982-ci ildə sionist rejimi hücum etdiyi zaman müxtəlif formalarda müqavimət yaradıldı, bu rejimlə mübarizəyə başladı və Şeyx əl-Nabulsi ilk gündən müqavimət cəbhəsində olmuşdur.”

Seyid Həsən Nəsrullah vurğulayıb ki, müqavimət cəbhəsi müxtəlif formalarda amerikalıları və sionistləri heyrətləndirdi, biz onun genişlənməsinin və nailiyyətlərinin şahidi olduq.

Hizbullah lideri deyib: “İnanırıq ki, regionda əsas problem Amerikanın bütün məsələlərə açıq-aşkar müdaxiləsidir.”