Tehran - İRNA - Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Kampaniyanın direktoru bu ilin əvvəlindən 37 uşağın sionist rejim tərəfindən qətlə yetirildiyini bildirib.

İRNA-nın bazar günü “Arab 48”-ə istinadən verdiyi xəbərə görə, Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Kampaniyanın direktoru Ayid Əbu Qatiş “Fələstin Səsi” radiosuna müsahibəsində bildirib ki, bu ilin əvvəlindən sionistlər İordan çayının qərb sahili və Qəzza zolağında 37 uşağı şəhid ediblər.

Cari ilin əvvəlindən İordan çayının qərb sahilində 31, Qəzza zolağında isə 6 uşaq işğalçı rejim tərəfindən qətlə yetirildiyini vurğulayan Əbu Qatiş deyib: “İşğalçı rejimin hakimiyyət orqanları 160 uşağı, o cümlədən 21 inzibati həbs faktını saxlamaqda davam edir.”

O, fələstinli uşaqların qətlə yetirilməsi və həbsinin görünməmiş şəkildə artmasına toxunaraq, beynəlxalq ictimaiyyətin fələstinli uşaqları dəstəkləmədiyini və işğalçıların öz cinayətlərinə görə məsuliyyət daşımadıqlarını deyib.

HƏMAS Hərəkatı daha əvvəl demişdi: “Şəhid fələstinli uşaqların qanı işğalçı düşmənləri və sionistləri tutacaq, fələstinli mübarizlər tezliklə işğalçıların Fələstin xalqına və müqəddəslərinə qarşı cinayətlərinin cavabını verəcəklər.”

Həmçinin BMT elan edib ki, bu ilin əvvəlindən qəsəbələrdə məskunlaşmış sionist köçkünlər işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına 591 dəfə hücum ediblər.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinator Ofisi öz hesabatında bu hücumlarda iki fələstinlinin şəhid olduğunu, mülklərinə və torpaqlarına çoxlu ziyan dəydiyini əlavə edib.