Tehran - İRNA - Birinci vitse-prezident 7 avqust və “Jurnalist Günü” ərəfəsində İslam Respublikası Xəbər Agentliyini (İRNA) ziyarət etdi, agentliyin müxtəlif şöbələri ilə tanış oldu.
İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, bu ziyarətdə Məhəmməd Müxbiri mədəniyyət və islami irşad naziri Məhəmmədməhdi İsmayili, hökumət informasiya şurasının sədri Sipehr Xələci, İRNA-nın baş direktoru Əli Nadiri və bu xəbər qurumunun müavinləri müşayiət edirdilər. Birinci vitse-prezident İRNA-nın redaksiyasına gələrək onun əməkdaşlarına müvəffəqiyyət arzu etdi.
#Məhəmməd_Müxbir İRNA-nın müxtəlif xəbər şöbələrində olarkən jurnalistlərlə də səmimi söhbət etdi və onları Jurnalist Gününün gəlişi münasibətilə təbrik etdi.
#İRNA-nın məlumatına görə, 17 xordad İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Əfqanıstanın Məzari-Şərif şəhərindəki ofisinin rəhbəri, jurnalist Mahmud Sarəminin şəhadətinin ildönümü günü İctimai Mədəniyyət Şurası tərəfindən Jurnalist Günü kimi seçilib.
İslam Respublikası Xəbər Agentliyi (İRNA) İranın ən qədim xəbər agentliyi olaraq 1313-cü günəş ilində (m.1934) yaradılmışdır. Xəbərlərin əhatə dairəsi, ölkə daxilində və xaricində xəbər bürolarının fəaliyyəti baxımından İranın ən böyük xəbər təşkilatıdır. İRNA bu yaxınlarda 10-cu xarici dil kimi azərbaycanca saytını istifadəyə verib.