Tehran - İRNA - Mərkəzi Bankın sədri İranın Cənubi Koreyada dondurulmuş bütün valyuta ehtiyatlarının blokdan çıxarıldığını bildirərək deyib: “Bu vəsait sanksiyaya məruz qalmayan malların alınması üçün bank ödənişləri kimi istifadə olunacaq.”

İRNA-nın məlumatına görə, Mərkəzi Bankın sədri İranın Cənubi Koreyada dondurulmuş valyuta ehtiyatlarının blokdan çıxarılmasına münasibət bildirərək sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Xarici valyuta diplomatiyası komandasını dondurulmuş valyuta aktivlərini uğurla blokdan çıxara bildiyinə görə təbrik edirəm. Şübhəsiz ki, əldə edilən nailiyyətlər mövcud təhlilə sığmır. Təbii ki, bu proses davam edəcək.”

Məhəmmədrza Fərzin əlavə edib: “Vurğulamaq istərdim ki, bir neçə il bundan əvvəl ölkəmizin valyuta ehtiyatlarının 7 milyard dollara yaxını von (Cənubi Koreyanın milli valyutası) şəklində Cənubi Koreya banklarına köçürülmüşdü, təəssüf ki, ona heç bir gəlir artırılmadı. Hətta bu illər ərzində vonun dollara nisbəti aşağı düşdüyündən onun bir milyard dollara yaxını paritet dəyərinin azalması ilə üzləşib.”

Mərkəzi Bankın sədri qeyd edib ki, bununla belə, uğurlu texniki təqib və diplomatiya ilə İranın Cənubi Koreyada bloklanmış bütün xarici valyuta ehtiyatları sərbəst buraxıldı və valyutanın vondan avroya çevrilməsi xərcləri də üçüncü ölkə tərəfindən qəbul edildi. Tezliklə bütün bu avro resursları Qətərdəki 6 İran bankının hesabına yatırılacaq və sanksiya olmayan malların alınması üçün bank ödənişləri kimi istifadə olunacaq. Bu vəsaitlərin qalan hissəsi, depozit qoyulduğu halda, üzərinə bank faizləri gələcək.

Mərkəzi Bankın sədri daha sonra bildirib: “Vurğulamaq lazımdır ki, İranın bir neçə başqa ölkədəki valyuta ehtiyatları da yaxın vaxtlarda azad olunacaq. Onun haqda xəbərlər və təsirlər bazar və ticarət birjalarında müşahidə olunacaq.”