Publish Date: 15 avqust 2023 - 13:28
Təbriz– İRNA – Şərqi Azərbaycan əyaləti mediasının bir qrup jurnalisti günortadan sonra Təbriz Enerji Tuneli proyektinə baş çəkib. Uzunluğu 3750 metr olan bu tunel Təbriz meqapolisinin mərkəzindən şimalda İdelu ərazisinin sonuna qədər tikilir və qazıntı işlərinin 90%i tamamlanıb. Bu layihə tamamlanarsa, yaxın 40 ildə Təbrizin elektrik enerjisi təhlükəsiz şəkildə təmin ediləcək.