Seyid Abbas Musəvi öz Tvitter hesabında Şahçıraq ziyarətgahındakı terror aktını “xalqa qarşı zorakılıq” səviyyəsinə endirən Böyük Britaniyanın İrandakı səfirinin tvitinə cavab olaraq yazıb:
“Cənab səfir! Terrorun zorakılığa və ya hadisə səviyyəsinə endirilməsi siz qərblilərin onu yaxşı və pisə ayırmaq yanaşması ilə uyğundur.
Londonda bıçaqlanmanı terror aktı adlandırarkən, aşkar terrora göz yumursunuz.
Üstəlik, unutmayın ki, bizim sərdar Süleymanimizin rəşadətlikləri olmasaydı, hər gün London küçələrində meyit toplamalı olacaqdınız.”