İRNA-nın şənbə günü verdiyi xəbərə görə, sionist rejimin 13-cü kanalının hərbi məsələlər üzrə analitiki Alon Ben David sionist Maariv qəzetinə müsahibəsində bildirib ki, əvvəllər “İsrail”in maraqları uyğun olaraq xidmət etmiş rejimin ordu komandirləri, indi hakim koalisiya tərəfindən güclü hücumlara məruz qalırlar.
O, Sionist Rejim Ordusunun Baş Qərargah rəisi Herzi Haleviyə qarşı hücumlara toxunaraq, rejimin təhlükəsizlik komandanlığının bir boks armuduna çevrildiyini və hakim koalisiya üzvlərinin onu hədəfə aldığını vurğulayıb.
Ben David əlavə edib: Sionist rejimin baş naziri ilə ordu arasında aşkar ixtilaflar Hərbi Hava Qüvvələrinin komandanı Tomer Barın 60 ehtiyat qüvvə ilə iclas keçirməsi ilə başlayıb. Bu qüvvələr vəzifəsini yerinə yetirməkdən imtina etmişdilər.
Bu sionist analitik kabinet və təhlükəsizlik qurumları arasındakı daxili ixtilaflara toxunaraq vurğulayıb ki, sionist rejim önümüzdəki ayda daha geniş böhranların şahidi olacaq və problemlər vəzifə borcunu yerinə yetirməkdən daha yuxarı səviyyəyə çıxacaq.
O, davam etdi: Sionist rejim hazırda ürək tıxanıqlığından əziyyət çəkir və İran və Hizbullah bundan istifadə edir.
Ben David deyib: Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bilir ki, onun bir addımı sionist rejimin parçalanması və bölünməsinin qarşısını ala və sionistləri birləşdirə bilər. Buna görə də, indiyə qədər heç bir hərəkət etməyib.
Ben Davidin sözlərinə görə, sionist rejim hərbi hücuma başlamaq imkanını çoxdan itirib.
Bir neçə gün əvvəl sionist rejim mediası Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın sözlərini əks etdirərək, onun “Livana hücum olacağı təqdirdə, daş dövrünə qayıdacaq tərəf İsrail olacaqdır” bəyanatına diqqət yetirib.
O, Hizbullahın sionist rejim üzərində 33 günlük müharibədə qələbəsinin 17-ci ildönümü münasibəti ilə çıxışında əlavə edib: Müqavimət cəbhəsi ilə müharibə başlasa, “İsrail” deyilən bir şey qalmayacaq.
Seyid Həsən Nəsrullah davam edib: Düşmən hücum mərhələsini geridə qoyub və təşəbbüskar olduğu nöqtədən müdafiə mövqeyinə geriləyib.
O əlavə edib: İsrail ordusu keçmişlə müqayisədə bu gün ən pis vəziyyətdədir.
Livan Hizbullahının baş katibi sionist rejim rəhbərlərinin dəfələrlə Hizbullahın qüdrəti ilə bağlı səsləndirdiyi ritorikaya cavab olaraq deyib: Əgər yeni müharibə başlasa, İsraili daş dövrünə qaytaracağıq.