Bağdad - İRNA - İraqın Daxili İşlər naziri Ərbəin mərasimində planların təfərrüatlı icrasına birbaşa nəzarət edilməsi, təhlükəsizliyi təmin edən və zəvvarlara xidmət göstərən qüvvələrə dəstək olmaq üçün ölkənin polis və təhlükəsizlik komandirlərinin sahədə olmalarını əmr edib.

İRNA-nın bazar ertəsi İraq Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Əbdüləmir əl-Şəmmari təhlükəsizlik komandirləri ilə görüşdə tapşırıq verib ki, xüsusilə istilərin artması ilə əlaqədar zəvvarlar gecələr hərəkət etdiyi üçün bütün təhlükəsizlik qüvvələri insan resursları və informasiya baxımından tam hazır olsunlar.

İraqın Daxili İşlər naziri mühəndislik səylərinin artırılmasına və zəvvarların marşrutlarının yoxlanılmasına, nəzarət-buraxılış məntəqələrinin və polis patrullarının gücləndirilməsinə diqqət çəkib və müxtəlif kommunikasiya sistemlərinin gücləndirilməsini vurğulayıb.

Daxili işlər naziri mediaların işinin gücləndirilməsini və şayiələrlə mübarizəni zəruri hesab edib, Kərbəla və Nəcəfdən başqa sərhəd keçid məntəqələri olan əyalətlərdə də kifayət sayda qadın müfəttişlərin təmin edilməsi barədə əmr verib.

O, magistral yollarda avtomobillərin hərəkətinə nəzarət və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə birgə patrul xidmətinin təşkilini vurğulayıb və bununla bağlı aidiyyəti komandirlərdən nəzarətin artırılmasını tələb edib.

Bu iclasda təhlükəsizlik təşkilatlarının hər biri İmam Hüseyn (ə) Ərbəini zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər haqqında hesabat təqdim edib.