“News Armenia” Xəbər Agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi bildirib: “Azərbaycan Respublikası yalan məlumat yayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bazar ertəsi səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin bu ölkənin sərhədinin şərqində yerləşən döyüş postlarını atəşə tutması ilə bağlı bəyanatı reallığı əks etdirmir.”
“AZƏTAC”-ın verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası MN-nin yaydığı məlumatda bildirilir ki, bazar ertəsi Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Qalakənd və Novoivanovka və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.
MN vurğulayıb ki, bundan başqa, erməni silahlı dəstələri Azərbaycan ordusunun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər və ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.