İRNA-nın məlumatına görə, Fələstin Administrasiyasının sözçüsü Nabil Əbu Rudəynə çərşənbə axşamı verdiyi bəyanatda deyib: “Təhlükəsizlik bölünməzdir, ya sülh və əmin-amanlıq hamı üçün, ya da sülh və əmin-amanlıq heç kəs üçün”.
Əbu Rudəynə əlavə edib: İşğalçı qüvvələr tərəfindən fələstinlilərin həbsi kampaniyası, xalqımızın hər gün qətlə yetirilməsi və Məscidül-Əqsaya qarşı təcavüzün davam etməsi və işğalçı məskunlaşanların terror hərəkətləri... Bütün bunlar çıxılmaz vəziyyət yaradıb və işi təhlükəli mərhələyə çatdırıb.
O vurğulayıb ki, razılaşma Fələstin xalqının razılığı və beynəlxalq qərarlar, Fələstin şuraları və milli məclislərinin qərarları olmadan baş tutmayacaq.