İRNA-nın bu gün (çərşənbə) “Sputnik Ərəb”-ə istinadən verdiyi xəbərə görə, Paul Maşatili deyib: “Avqustun 22-də Cənubi Afrikada BRİKS liderlərinin 15-ci görüşü başlayıb və Ayətullah Rəisinin də sabah (cümə axşamı) 26 avqusta kimi davam edəcək bu toplantıya qatılacağı gözlənilir. BRICS-in hazırkı toplantısı əsasən üzv ölkələrin dollardan asılılığının azaldılmasına yönəlib.”
Ölkəsi BRİKS-ə sədrlik edən Vitse-prezident əlavə edib ki, dünyanın diqqəti BRİKS-ə yönəlib, çünki bu qrup dollardan asılılığın azaldılması ilə bağlı qlobal diskursda ön sıralardadır.
Onun sözlərinə görə, BRİKS-ə üzv ölkələrin liderləri milli valyutalarla ödənişlərin və ticarətin artırılması məsələsini də xüsusi olaraq nəzərdən keçirəcəklər.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin avqustun 24-dən 26-dək Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammitində iştirak edəcəyi gözlənilir.
İran, Əlcəzair, Argentina, Misir, İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və bir çox ölkələr qlobal iqtisadiyyatın bu günlərində bu nüfuzlu iqtisadi qrupa qoşulmaq ərəfəsindədir.Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika BRİKS-in əsas üzvləridir.