İRNA-nın çərşənbə günü verdiyi xəbərə görə, İran Müdafiə Nazirliyinin mətbuat katibi briqada generalı Rza Təlayiinik “Əl-Məyadin” telekanalına müsahibəsində deyib: “İran İslam Respublikası heç vaxt müharibəni başlayan ölkə olmamışdır. Buna baxmayaraq, İran öz müstəqilliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə etmək üçün səylərini əsirgəməyəcək.”
Mətbuat katibi əlavə edib: “İran son illərdə müdafiə sənayesi texnologiyası sahəsində dünyanın ən üstün on ölkəsi sırasındadır. 45 il ərzində İran idxalçı ölkədən hərbi ehtiyaclarının təxminən 90%ni istehsal edən ölkəyə çevrilə bildi.”
İRNA-nın məlumatına görə, hərbi sənayenin yerliləşdirilməsi və müdafiə avadanlığı ilə özünü təmin etmək, yerli ekspertlərin İslami İranı daha da başıuca etmək və qərbin sanksiyaları ilə üzləşmək əzmi və bacarığından xəbər verir. Bu gün İran dünyada silah və hərbi texnika istehsalında yüksək rütbələr əldə edib və ölkə daxilində hər cür hərbi texnika və qabaqcıl raket, müdafiə, radar və İHA sistemlərini istehsal edə bilir.