Publish Date: 25 avqust 2023 - 02:34

Tehran – İRNA - Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının vaxtı müəyyənləşib və İranın ev sahibi olacağı təsdiqlənərsə, “#Əl_Nəsr” Tehrana gələcək ilk komanda olacaq.

İRNA-nın məlumatına görə, bu gün səhər Malayziyada Asiya Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib və İran təmsilçiləri rəqiblərini tanıyıblar.

Yarışların qrup mərhələsi sentyabrın 18-də başlayacaq və bu il dekabrın 12-dək davam edəcək. Bu mövsüm Çempionlar Liqası yarışlarında İran futbolunun təmsilçiləri Sepahan, Nəssaci və Perspolis komandalarıdır.

İranın Asiya Çempionlar Liqasına ev sahibliyi edəcəyi təsdiqlənsə, Səudiyyə Ərəbistanının Əl-Nəsr komandası Kriştiano Ronaldo da daxil olmaqla, məşhur ulduzları ilə İrana gələcək ilk komanda olacaq.