İRNA-nın çərşənbə axşamı “Əl-Əhd” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Liviyanın Baş naziri bir neçə nazirlə birlikdə Fələstinin Tripolidəki səfirliyinə gedərək bəyan edib ki, onun hökuməti sionist rejimlə münasibətlərin normallaşmasının əleyhinədir və Liviya rəsmiləri ilə bu rejimin nümayəndələri arasında hər cür ünsiyyət cinayətdir.
Əl-Dəbibə Liviyanın Fələstin xalqını və onun hüquqlarına nail olmaq üçün qanuni səylərini tam dəstəklədiyini vurğulayıb.
O, həmçinin bildirib ki, Liviya Fələstin xalqının sionist rejimin işğalına son qoyulması və paytaxtı Qüds olan müstəqil dövlətin qurulması uğrunda mübarizəsini dəstəkləyir.
Fələstin Milli Hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Əl-Dəbibənin addımını və Fələstin səfirliyi daxilindən öz mövqeyini bəyan etməsini yüksək qiymətləndirib.
Bəyanatda bildirilir: “Liviyada partiyaların və xalqın reaksiyaları bu ölkə xalqı və qurumlarının Fələstin məsələsini dəstəkləməkdə sabit mövqeyini göstərir. O həddə ki, bu ölkənin Xarici İşlər nazirinin vəzifədən uzaqlaşdırılması ilə bağlı açıqlama fələstinlilərin gözü qarşısında və Fələstin səfirliyinin içindən bir çox mediaların işıqlandırılması ilə həyata keçirildi.”113:22