İRNA-nın məlumatına görə, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin İnformasiya Mühafizəsi Təşkilatının rəsmisi cümə axşamı bu xəbəri açıqlayaraq deyib: “İran İslam Respublikasının raket gücünün İran xalqına qarşı and içmiş düşmənlərinin təhdidlərinə qarşı çəkindirmə yaratmaqda strateji effektivliyinə diqqət etməklə, raket sənayesi həmişə sənaye təxribatı sahəsində casus xidmətlərinin hədəflərindən biri olub.”
O, ölkənin müxtəlif diapazonlarda lazım olan hər cür sistem və raketlərin layihələndirilməsi və istehsalı sahəsində özünü təmin etməsinə toxunaraq, son illərdə rəqib (kəşfiyyat) xidmətlərini yanlışlığa düçür etmək məqsədilə hissələrin alınması pərdəsi altında çoxqatlı informasiya və təhlükəsizlik layihələri hazırlanıb həyata keçirilib.Təhlükəsizlik rəsmisi əlavə edib: “Müdafiə Nazirliyinin raket sənayesi ölkə üçün kifayət qədər hərbi və müdafiə gücü istehsal etməklə yanaşı, həm də mürəkkəb casusluq və təsir şəbəkələrini ələ keçirmək və rəqib xidmətlərin kəşfiyyat imkanlarına əsaslı zərbələr endirmək üçün əlverişli platforma olub.”
O daha sonra deyib: “Ötən aylarda həzrət Vəliyyi-Əsrin (əc) lütfü ilə, bəzi infiltratorların əməkdaşlığı ilə Müdafiə Nazirliyinin raket sənayesində qabaqcıl raketlərin istehsalında istifadə üçün qüsurlu və təchiz edilmiş hissələri istehsala buraxmağı nəzərdə tutan tam peşəkar və təcrübəli şəbəkə Müdafiə Nazirliyinin İnformasiya Mühafizəsi Təşkilatında İmam Zamanın (əc) naməlum əsgərlərinin kəşfiyyat toruna düşərək tutulublar.”
Onun sözlərinə görə, bu şəbəkə Mossad təşkilatının bilavasitə rəhbərliyi altında təchiz edilmiş hissələri satmaqla istehsal olunan raketləri sənaye xətlərinə və bu sahədə çalışan işçilərə zərbə vurmaq üçün partlayıcı qurğulara çevirməyi nəzərdə tuturdu.İnformasiya Mühafizəsi Təşkilatının rəsmisi vurğulayıb: “Sionist düşmənin çox mürəkkəb planına baxmayaraq, Allahın lütfü və Müdafiə Nazirliyinin İnformasiya Mühafizə Təşkilatında İmam Zamanın (əc) naməlum əsgərlərinin yorulmaq bilmədən səyləri ilə sionist düşmənin bu hərəkəti əvvəldən kəşfiyyat və əməliyyat nəzarəti altında olub və onun agentlərinin həbsi ilə təxribat tamamilə zərərsizləşdirilib.”
O qeyd edib ki, bu layihənin tam uğurla həyata keçirilməsi ilə Mossad-ın xarici zabitləri və daxili agentləri ilə birlikdə istədikləri hissənin tədarükü və təhvil verilməsi üçün bütün marşrut və fəaliyyətləri müəyyən edilərək kəşfiyyat çətiri altına yerləşdirildi.
Bu layihənin mürəkkəbliyinə və texniki ölçülərinə toxunan təhlükəsizlik əməkdaşı deyib: “Sionist düşmən son vaxtlara qədər sənaye təxribatı və qüsurlu hissələrin Müdafiə Nazirliyinin raket sənayesinə verilməsi planının uğurla həyata keçirildiyinə tam əmin idi, lakin yuxarıda qeyd olunan təxribat şəbəkəsinə vurulan son zərbədən sonra bu əməliyyat zamanı üzləşdiyi uğursuzluğun dərinliyindən hələ də şokdadır.”