Tehran - İRNA - İranın Xarici İşlər naziri bu gün Beyrutda HƏMAS və Fələstin İslami Cihad liderləri ilə qapalı görüş keçirib.

İRNA-nın “Əl Məyadin” telakanalına istinadən verdiyi məlumata görə, HƏMAS və Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli rəsmiləri İranın Xarici İşlər nazirini əmin ediblər ki, onlar bu mərhələdə İordan çayının qərb sahilindəki müqavimət əməliyyatından geri çəkilməyəcəklər.

Görüşdə Hüseyn Əmir Abdullahiyan Tehranın fələstinlilərə dəstək strategiyasına, müqavimətə və Fələstin torpaqlarının azad edilməsi ideyasına sadiq qaldığını vurğulayıb.

İran Xarici İşlər naziri bu qapalı görüşdə İslam İnqilabının Ali Rəhbərinin İordan çayının qərb sahilinə dəstək verilməsinin zəruriliyi ilə bağlı bəyanatlarını xatırladıb və deyib ki, İran İslam Respublikası müqaviməti güclü şəkildə dəstəkləməyə davam edəcək.