Media mənbələri Ermənistanın paytaxtı İrəvandan bildirirlər ki, bu ölkənin Müdafiə Nazirliyi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin Sotk şəhəri yaxınlığındakı mövqelərinə hücumu ilə bağlı məlumat yayıb.
“AFP”, eləcə də “Reuters” xəbər agentliklərinin verdiyi məlumata görə, Ermənistan MN bu hücum nəticəsində iki erməni əsgərinin həlak olduğunu, daha birinin isə yaralandığını açıqlayıb.
Sotk şəhəri Ermənistan və Azərbaycan sərhədinə yaxındır. Bakı rəsmiləri hələ ki, İrəvanın bu hücumla bağlı bəyanatına reaksiya verməyiblər. Son aylarda Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarını nəhayət həll etmək üçün diplomatik səylərin intensivləşməsinə və iki ölkənin liderləri və digər yüksək vəzifəli şəxslərinin tez-tez görüşməsinə baxmayaraq, bu iki qonşu arasında gərginlik davam edir və onlar bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
AFP belə inanır: “Bu insident onilliklər ərzində Dağlıq Qarabağ regionu ilə bağlı kəskin mübahisələrdə iştirak edən iki keçmiş sovet respublikası arasında zəif sülh prosesində növbəti uğursuzluğa işarə edir.”
Bu qərb mediası əlavə edir: “İrəvan və Bakı iki dəfə ( Dağlıq Qarabağa) nəzarət uğrunda mübarizə aparıblar. Bu bölgə beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin əhalisinin əksəriyyəti erməni etnik mənşəlidir.”
AFP daha sonra yazır ki, Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçilik səylərinə baxmayaraq, hər iki tərəf (Bakı və İrəvan) davamlı sülh həllinə nail ola bilməyib. Azərbaycan avqust ayında Ermənistanı iki ölkənin qeyri-sabit sərhədləri boyunca qoşun yerləşdirməkdə ittiham etdi, halbuki, Ermənistan Azərbaycan ordusunu Avropa İttifaqı müşahidəçilərinə atəş açmaqda ittiham etdi.