Tehran - İRNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs Sisi 12 ildən sonra Yeni Dehlidə keçirilən G20 Sammiti çərçivəsində görüşüb və danışıblar.

İRNA-nın bazar günü NTV telekanalına istinadla verdiyi xəbərə görə, tərəflər Türkiyə və Misir arasında ikitərəfli əlaqələr, ticarət mübadiləsinin həcminin artırılması, enerji sahəsində yeni əməkdaşlıqlar, regional və qlobal məsələləri müzakirə ediblər.

Məlumata görə, görüşdə R. T. Ərdoğan ikitərəfli səfirlərin təyinatına toxunaraq deyib: Ankara-Qahirə münasibətləri yeni dövrə qədəm qoyub və ən qısa zamanda layiqli səviyyəyə yüksəlsəcəyi ümid edilir.

Misir hökumətinin türk investorlarına və şirkətlərinə dəstəyinin vacib olduğunu vurğulayan Türkiyə prezidenti əlavə edib: Türkiyə şirkətlərinin Misirdə maye qaz hasilatı, nüvə enerjisi, mədəniyyət və təhsil sektorlarında əməkdaşlığın canlandırılması sahəsində işləmək üçün yüksək potensialı var.

Təxminən bir ay əvvəl Misirin Sənaye və Ticarət Naziri Əhməd Səmir Saleh Ankaraya səfəri zamanı Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır ilə Misir və Türkiyə arasında əməkdaşlıqda yeni səhifənin açılması ilə bağlı görüşmüş və sənaye sektorunda hərtərəfli əməkdaşlıq müqaviləsinin hazırlanması ilə bağlı məlumat verərək bildirmişdir: İki ölkə arasında sənaye, yeni texnologiya, tədqiqat və inkişaf, investisiya və sahibkarlıq sahələrində əməkdaşlıq artacaq.

İRNA-nın məlumatına görə, əlaqələrin kəsildiyi təxminən 12 illik müddətdən sonra, rəsmi Qahirə və Ankara bu mərhələni geridə qoymağa, fikir ayrılıqlarını aradan qaldıraraq və yanaşmalarını bir-birinə yaxınlaşdırmaqla münasibətlərini normallaşdırmağa çalışırlar.

Ərəb ölkələri ilə münasibətlərin mərhələ-mərhələ normallaşdırılması siyasətini davam etdirən Türkiyə hökuməti Salih Mutlu Şeni Misirə yeni səfir, Misir hökuməti də Ömər əl-Həmamini Misirin Ankarada yeni səfiri təyin etdi.