Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu telefon danışığında iki ölkə başçıları regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

İki ölkə liderləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıblar.