Kənani qeyd edib ki, İran İslam Respublikası hər zaman ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayır.
Kənani bildirib: “İran regionun geosiyasətində və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir. Biz bu sahədə öz aydın və şəffaf fikrimizi dəfələrlə bəyan etmişik.”
XİN-nin mətbuat katibi daha sonra deyib: “Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması mübahisələrin həlli, davamlı sülh və təhlükəsizliyə nail olunması istiqamətində mühüm və konstruktiv addımdır. Bu prinsiplərə kölgə salan hər hansı bir hərəkət İran İslam Respublikası tərəfindən qəbul edilmir.”