İRNA-nın məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə gecəsi Ermənistan Respublikasının Xarici İşlər naziri Ararat Mirzoyan ilə telefon danışığında iki ölkə arasında münasibətlərin artan tendensiyasından məmnunluğunu bildirib.
Xarici İşlər naziri ekosistemin sağlamlığını qorumaq üçün Araz çayının çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsinin həyati əhəmiyyət kəsb etdiyini bildirib.
Əmir Abdullahiyan Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimə toxunaraq, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti mürəkkəbləşdirən amil kimi qiymətləndirib.
O, regionda davamlı sülhə nail olmaq üçün mübahisələrin kökündən həllinin zəruriliyinə işarə edərək, regional dialoqlar və mexanizmlər, o cümlədən 3+3 formatı vasitəsilə hərtərəfli sülhə nail olmağı ən səmərəli yol hesab edib.
Ermənistan Respublikasının Xarici İşlər naziri də İranla əlaqələrin inkişafını konstruktiv və mühüm olaraq qiymətləndirib.
Ermənistanın Xarici İşlər naziri Azərbaycan Respublikasının hərbi qüvvələrinin yer dəyişməsinə toxunaraq qeyd edib ki, Cənubi Qafqazda hər hansı sərhəd dəyişikliyi qəbuledilməzdir.
İki ölkənin ekoloji əməkdaşları arasında aparılan danışıqlara toxunan Ararat Mirzoyan Araz çayının ekoloji sağlamlığının vacibliyini vurğulayaraq, digər tərəfdən erməni torpaqlarının qətiyyən anti-İran fəaliyyət məkanı olmayacağını diqqətə çatdırıb.
O, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.