İRNA-nın məlumatına görə, cümə axşamı günü Urmiyanın İnqilab meydanından başlayaraq İmam prospektində keçirilən bu mənəvi mərasimdə şəhid və qazi ailələri, Müqəddəs Müdafiə dövrünün qaziləri, hərbi komandirlər və Qərbi Azərbaycan, xüsusilə Urmiya şəhid yetişdirən əhalisi iştirak edirdi.
Əhali və məsul şəxslər, xüsusən də fədakarlığı və şəhidliyi sevən gənclər bu mənəvi mərasimdə iştirak etməklə şəhidlərə sevgi və sədaqətlərini ifadə etdilər.
Urmiya gəncləri əllərində “Ya Əbəlfəzl Abbas (ə)”, “Ləbbeyk Ya Hüseyn (ə)” və “Ləbbeyk Ya Xamenei” kimi yazılarla bəzədilmiş bayraqlar daşıyaraq şəhidlər dəfn mərasiminin yolunu bəzəyiblər.
Şəhid anaları və şəhid övladları da bu vida mərasimində gül şaxələri ilə şəhidlərin cənazəsini müşayət etdilər. Urmiya əhalisi “Bu gün matəm günüdür, şəhid ailəsi bu gün matəmin sahibidir” şüarları ilə Urmiyanın İmam prospektində 23 şəhidin cənazəsini müşayiət edirdi.
Şəhidlərin cənazəsi çərşənbə günü Sərdəştdə müşayət olunduqdan sonra Urmiyaya aparılmışdı. Mirabad, Piranşəhr və Nəqdə şəhərlərində şəhidlərin qarşılanma mərasimi də keçirilmişdi.
Müşayət mərasimindən sonra Müqəddəs Müdafiə dövrünün bu 23 yüksək rütbəli şəhidinin cənazəsi Tehrana aparılacaq.