İRNA-nın şənbə günü “TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim prioritetimiz əvvəlcədən planlaşdırılan üçtərəfli danışıqların aparılmasıdır. Lakin Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə dördtərəfli görüş təklifi hələ də gündəmdədir.”
O, əlavə edib: “Mən atılacaq addımları müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana dördtərəfli görüş təklif etdim.”
Ərdoğan Nyu-Yorka getməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında yerli mətbuata açıqlamasında deyib ki, bu təkliflə bağlı indiyədək heç bir müsbət və ya mənfi cavab almamışıq.