İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün 17 sentyabr bazar ertəsi səhər saatlarında siyasi heyətin müşayəti ilə Nyu-Yorka yola düşdü. Onu hava limanından Ali Məqamlı Rəhbərin nümayəndəsi höccətül-islam Qumi, Birinci vitse-prezident Məhəmməd Müxbir, bir qrup nazir və hökumət nümayəndəsi yola salıb.
Baş Assambleyada çıxış etmək, ölkə başçıları ilə görüşmək və ABŞ-da yaşayan iranlılar qarşısında nitq söyləmək Ayətullah Seyid İbrahim Rəisinin bu səfərdə planları arasında olacaq.
Prezident Amerikada siyasi, ictimai, dini və media qrupları və ayrı-ayrı şəxslərlə görüşlərdə ölkəmizin mövqelərini izah edəcək, onların suallarını cavablandıracaq.
Baş Assambleyanın illik iclasları ən mühüm beynəlxalq tədbir kimi beynəlxalq siyasi məsləhətləşmələr üçün yaxşı fürsət olaraq, dünya ölkələrinin əksər yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ikitərəfli dialoqları təmin edir.