Nyu-York - İRNA - İranın Xarici İşlər naziri erməni həmkarı ilə görüşdə Ermənistan və Azərbaycan arasındakı münaqişələrin siyasi yolla həll olunmasını istəyib.

Bu görüşdən sonra Əmir Abdullahiyan X sosial şəbəkəsində yazıb: Nyu-Yorkda Ermənistanın Xarici İşlər naziri, həmkarım cənab Mirzoyan ilə görüşdük və görüşdə problemlərin dialoq yolu ilə həllinin vacibliyi vurğulandı.

Əmir Abdullahiyan əlavə edib: İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi hesab edir, lakin ixtilaflar siyasət və dialoq yolu ilə həll edilməlidir.