Müharibənin dağıntıdan və nifrətin yayılmasından başqa bir şey olmadığını, regionun sabitliyini və təhlükəsizliyini təhlükə altına atdığını vurğulayan mətbuat katibi Azərbaycanla Qarabağda yaşayan erməni nümayəndələri arasında dialoqu alqışlayaraq bildirib ki, regionda münaqişələrin davam etməsi üçün artıq heç bir səbəb yoxdur və ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibə görməyəcəyik.
Kənani sonda deyib: “İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət edilməsini tələb edir və hesab edir ki, Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi də bu çərçivədə təmin edilməlidir, eləcə də region ölkələrinin iştirakı ilə daimi və sabit sülh prosesinə kömək etməyə hazır olduğunu elan edir və vurğulayır ki, üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız məsələlərin mürəkkəbliyinə gətirib çıxarır və əldə olunan razılaşmaları təhlükə altına alır.”