İRNA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Peskov cümə günü jurnalistlərə müsahibəsində deyib: “İndi çətin ki, kimsə (sülh müqaviləsinin imzalanması) vaxtın elan edilməsi vəzifəsini öz üzərinə götürsün. Amma nəzərə alsaq ki, onsuz da Qarabağın əsas məsələsi həll olunub, Ermənistanın Qarabağın hakimiyyətçiliyini tanıması ilə bu məsələ öz həllini tapıb, demək olar ki, ciddi irəliləyişlərə zəmanət verilir”.
Onun sözlərinə görə, Dağlıq Qarabağda “daimi atəşkəs dövrü” başlayır və Azərbaycan Respublikası anlayır ki, regionda erməni əhalisinin qanuni maraqları və təhlükəsizliyi təmin edilməlidir.
Dmitri Peskov əlavə edib: "Bu müqavilənin yekunlaşmasına qədər bir çox texniki məsələlər hələ də qalmaqdadır".
Bundan əvvəl Yevlaxda Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş keçirilib. Azərbaycan prezidenti İlham Əliyev hökuməti rəsmi Bakının reinteqrasiya planlarını Qarabağ ermənilərinin nümayəndələrinə təqdim etdiyini bildirib.