İRNA-nın məlumatına görə, Associated Press yazıb ki, Qarabağın yerli hakimiyyət orqanları bundan öncə, Bakının bir günlük hücumu zamanı 10-u mülki şəxs olmaqla 200 erməninin öldürüldüyünü və 400-dən çox insanın yaralandığını bildiriblər.
Xankəndi partlayışının son statistikası: 105 nəfər itkin düşüb, 68 nəfər ölüb
Bu arada Ermənistanın “News” saytı yazıb ki, Xankəndidəki partlayışın son statistikası 68 nəfərin öldüyünü, 290 nəfərin yaralandığını, 105 nəfərin itkin düşdüyünü göstərir.
Bu partlayış sentyabrın 25-də yerli vaxtla axşam saat 8 radələrində baş verib. Zərərçəkənlərin çoxu Ermənistana getmək məqsədilə yanacaq doldurmaq üçün bu yanacaqdoldurma məntəqəsinin yaxınlığında toplaşmışdılar.
Ermənistanın Sünik mərzində Fransa konsulluğu açılacaq
“News” saytı yazıb ki, Fransa Xarici İşlər naziri Katrin Kolonna ölkə parlamentində çıxışı zamanı rəsmi Parisin Ermənistanın Sünik mərzində (əyalətində) konsulluq açacağını, İrəvanla hərbi əlaqələrini genişləndirəcəyini və Qarabağ bölgəsinin əhalisinə 7 milyon avroluq yardım edəcəyini açıqlayıb.
O əlavə etdi: Rusiyanın Ermənistanı tək qoyması və Azərbaycan Respublikasının hərbi əməliyyatlarında şərik olması beynəlxalq diplomatik tədbirləri daha zəruri edir.
Bakı və Vaşinqtonun müdafiə rəsmiləri arasında dialoq
Azərtac xəbər verib ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Amerikanın müdafiə katibinin siyasi məsələlər üzrə müavini Saşa Beykerin telefon zənginə cavab verərkən, tərəflər iki ölkə arasındakı münasibətləri, regiondakı vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
İki ölkə arasında hərbi əlaqələrin inkişaf perspektivi də danışıqda müzakirə olunan mövzular sırasında olub.
Qarabağ ermənilərinin üçdə birinin mühacirəti
Fransa İnformasiya Agentliyi bu gün Ermənistan rəsmilərinə istinadən məlumat yayıb ki, Azərbaycan Respublikasının ildırım sürətli hücumundan sonra Dağlıq Qarabağdan ölkə ərazisinə 42,500 qaçqın daxil olub ki, bu da separatçı regionun əhalisinin üçdə birinə bərabərdir.
Azərbaycan Respublikası atəşkəs razılaşmasından və separatçıların tərksilah edilməsindən dörd gün sonra, sentyabrın 24-də regiondan Ermənistana gedən yeganə yol olan Laçın dəhlizini açıb.