İRNA-nın turizm sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Seyid İzzətullah Zərğami çərşənbə günü (27 sentyabr) Ümumdünya Turizm Günü münasibətilə ölkənin 188 turizm layihəsinin açılışı ilə əlaqədar Tehran otellərindən birində keçirilən mərasimdə deyib: “Koronavirus hadisəsi ilə üzləşməyimizə baxmayaraq, son iki ildə gələn turistlərin sayı əvvəlki ilə nisbətən 38%artıb. Bunu da qeyd edim ki, İranın turizm inkişafı koronadan sonra orta qlobal artımdan 3 dəfə çox olub. Amma bu statistika ölkəmizin turizm imkanları ilə müqayisədə aşağıdır və biz turistlərin real artımının ardıncayıq.”
Mədəni İrs Naziri turizmlə bağlı fəaliyyətin əvvəlində elan etdiyimiz məsələlər sisteminin irəlilədikcə daha mürəkkəb və çoxşaxəli olacağını bəyan edərək deyib: “Bu gün Məhkəmə Sisteminin sədri ilə keçirdiyimiz görüşdə bəzi məsələləri qaldırdıq. Bundan əvvəl Ayətullah Ejeyidən xahiş etmişdik ki, bizim nazirliyin bəzi müdirləri onun yanına gedib problemlərini bildirsinlər. Amma o, bildirdi ki, mən sizin yanınıza gələcəyəm və Milli Muzeyi də ziyarət edəcəyəm. Biz onunla nəzarət orqanları ilə bağlı olan bir sıra turizm problemlərini açıq şəkildə müzakirə etdik. Məhkəmə Sistemi sədrinin qeyd etdiyi məqamlar müstəsna idi.”
Zərğami əlavə edib ki, turizmə rövnəq verməli olanların baxışında ən böyük vəzifə dəyişiklik yaratmaqdır. Milli səviyyədə bəzi problemlər müdaxilə edən qruplar və orqanların əməkdaşlığı ilə həll edilir.
O deyib: “Ortaya çıxan siyasi məsələlərdən sonra Azərbaycan Respublikası ilə quru turizmi kəsildi. Əvvəlki illərdə 1 milyon 800 min turist Azərbaycan Respublikasına aid olub. Bu rəqəm 10 faizə çatıb. Baxmayaraq ki, il ərzində bu statistika 180 min nəfərə yaxın olub.”
Mədəni İrs naziri hökumətin 5 qrup ölkə ilə vizaları ləğv etmək planını açıqlayaraq deyib: “Davamlı izləmələrlə qonşu ölkələr və 5 qrup ölkələrlə vizaları ləğv etməkdəyik. Xarici İşlər Nazirliyinin əməkdaşlığı ilə turizm üçün gündən-günə daha çox imkanlar yaranır.”