Tehran - İRNA - Əmirhüseyn Zare Asiya Oyunlarının 125 kq çəki dərəcəsində sərbəst güləş turnirinin finalında monqolustanlı Lexaquagirl Munxtur üzərində 7:0 hesabı ilə qalib gələrək, qızıl medal qazandı. Bununla da, İranın sərbəst güləş üzrə yığma komandası işini 3 qızıl və 1 gümüş medalla başa vurdu.