İRNA-nın Fələstinin Əl-Yəvm xəbər saytına istinadən verdiyi məlumata görə, bu xəbəri sionist “Jerusalem Post” qəzeti təfərrüatları qeyd etmədən dərc edib.
Bununla əlaqədar olaraq sionist mediası da bazar günü “Əl-Əqsa tufanı” əməliyyatında 100-ə yaxın İsrail hərbçisinin əsir götürüldüyünü bildirib.
İRNA-nın Əl-Cəzirə kanalına istinadən verdiyi məlumata görə, dəyərləndirmələr göstərir ki, bu 100 sionist əsir arasında Qəzzada əsirlikdə olan mülki məhbuslar, əsgərlər və zabitlər var.
100 sionistin əsir götürülməsi xəbərinin yayılması Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Şəhid İzzəddin əl-Qəssam Batalyonlarının sözçüsü Əbu-Ubəydə bazar günü səhər saatlarında “israilli əsirlərin sayının Benyamin Netanyahunun təsəvvür etdiyindən çox olduğunu” açıqlamasından sonraya təsadüf edir.